Bakıda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Bakıda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
# 16 oktyabr 2021 09:02 (UTC +04:00)

Bakıda mənzildə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin yanar konstruksiyaları 40 m² sahədə və bitişik, ümumi sahəsi 10 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR