Bakıda "Mercedes" avtobus dayanacağına çırpılıb

Bakıda "Mercedes" avtobus dayanacağına çırpılıb
# 20 iyul 2021 19:19 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı avtobus dayanacağına çırpılması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR