Bakıda meyvə-tərəvəz bazasında yanğın olub - FOTO - VİDEO

Bakıda meyvə-tərəvəz bazasında yanğın olub - FOTO  - VİDEO
# 13 oktyabr 2021 03:57 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Böyük bir ərazidə yerləşən meyvə-tərəvəz bazasında başlayan yanğın əvvəlcə tüstü ilə müşahidə edilib. Daha sonra yanğının miqyası genişlənib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 7 texnika və canlı briqada cəlb edilib. Yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.

Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR