Bakıda müalicə müəssisəsində cəza çəkən məhkumdan silah götürülüb

Bakıda müalicə müəssisəsində cəza çəkən məhkumdan silah götürülüb
# 25 sentyabr 2021 11:56 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməliyyatları davam etdirilir.

Penitensiar xidmətdən APA-verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis idarəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Müalicə Müəssisəsində cəza çəkən məhkum Vüqar Yaşar oğlu Quliyevin yaşadığı Maştağa qəsəbəsində yerləşən boş torpaq sahəsində basdıraraq gizlətdiyi bir ədəd “VALTRO mod85 COMBAT” model tapança, lüləyi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilərək götürülmüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR