Bakıda narkotik satan şəxs tutulub

Arif Muradlı

© APA | Arif Muradlı

# 17 may 2021 16:17 (UTC +04:00)

Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Arif Muradlı saxlanılıb. Onun üzərinə baxış zamanı çəkisi 508 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Arif Muradlı heroini şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən satmaq məqsədi ilə alıb. Saxlanılan şəxs barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Arif Muradlı barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR