Bakıda parkda yanğın olub

Bakıda parkda yanğın olub
# 12 iyul 2021 17:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən parkda yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:20-də söndürülüb.

İlkin məlumata əsasən, təqribən 150 m² sahədə quru ot və kol-kos yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR