Bakıda piyadanı avtomobil vuraraq öldürüb

Bakıda piyadanı avtomobil vuraraq öldürüb
# 08 iyun 2021 13:10 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Q.Şıxəliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR