Bakıda piyadanı avtomobil vuraraq öldürüb

Bakıda piyadanı avtomobil vuraraq öldürüb
# 29 iyul 2021 19:03 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səbail rayonu Salyan yolu küçəsində Bakı şəhər sakini G.Muradov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yardar İsmayılovu vurub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR