Bakıda piyadanı avtomobil vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda piyadanı avtomobil vuraraq öldürüb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 12 iyul 2021 02:38 (UTC +04:00)

Mətnə video əlavə olunub

***

Saat 22:21

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, piyada üçün müəyyən edilməmiş hissədən keçən, təxminən 60-70 yaşlı kişini “Mercedes” markalı avtomobili idarə edən Bağırov Rauf Çingiz oğlu vurub. Hadisə nəticəsində piyada ölüb. Sürücü isə hadisənin təsirindən şoka düşüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR