Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 07 iyun 2021 01:04 (UTC +04:00)

Paytaxtın Nizami rayonunda qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası Heydər Əliyev prospektində baş verib.

1983-cü il təvəllüdlü Həsənova Fazilə Fazil qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR