Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 13 oktyabr 2021 02:52 (UTC +04:00)

Bakının Nərimanov rayonunda avtoqəza zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası Fətəli Xan Xoyski küçəsində baş verib.

1967-ci il təvəllüdlü Məmmədova Zəkiyyə Qara qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı çoxsaylı sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR