Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 25 oktyabr 2021 04:06 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Zabrat qəsəbəsində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Həsənov Nurlan Aslan oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR