Bakıda piyadanı “KamAZ” vuraraq öldürüb

Bakıda piyadanı “KamAZ” vuraraq öldürüb
# 12 sentyabr 2021 01:50 (UTC +04:00)

Bakının Suraxanı rayonunda ağır yol qəzası qeydə alınıb..

APA xəbər verir ki, hadisə Suraxanı rayonu , Yeni Suraxanı yaşayış massivində baş verib.
1987-ci il təvəllüdlü Süleymanov Zaur Zabit oğlu yolu keçərkən onu “KamAz” markalı yük avtomobili vurub. Yaralı ağır xəsarət aldığından xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR