Bakıda piyadanı öldürərək qaçan sürücü tutulub

Bakıda piyadanı öldürərək qaçan sürücü tutulub
# 22 may 2021 11:33 (UTC +04:00)

Bakıda piyadanı vuraraq öldürən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinindən APA-ya verilən məlumata görə, mayın 20-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulov vurulub, sürücü hadisə yerini tərk edib. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törətmiş qeyd edilən avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Məmmədov saxlanılıb. 

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR