Bakıda piyadanı yük maşını vuraraq öldürüb

Bakıda piyadanı yük maşını vuraraq öldürüb
# 25 avqust 2021 13:56 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən həmyerlisi Züleyxa Məmmədovanı vurub. Qəza nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR