Bakıda qadına məxsus torpaq sahəsindən 18 min manatlıq oğurluq olub

Bakıda qadına məxsus torpaq sahəsindən 18 min manatlıq oğurluq olub
# 04 sentyabr 2021 13:29 (UTC +04:00)

Bakıda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 1-də Bakı şəhər sakini Ü.Salmanovaya məxsus torpaq sahəsindən 18300 manat dəyərində dəmir barmaqlıqlar və darvaza oğurlamaqda şübhəli bilinən şəslər müəyyən olunub.

Keçirilən əməliyyatla oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini C.Cavadzadə, Lənkəran rayon sakinləri İ.Rüstəmzadə və əvvəllər məhkum olunmuş Ş.Əhmədzadə saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR