Bakıda qadını naqillə boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qadını naqillə boğaraq öldürən şəxsin məhkəməsi başlayır
# 13 sentyabr 2021 18:47 (UTC +04:00)

Bakıda qadını sərinkeşin elektrik naqili ilə boğaraq öldürməkdə təqsirləndirilən Əlizadə Eynur Əfqan oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılov icraatına verilib.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən daxil olan birgə məlumatda bildirilib ki, 20121-ci il mayın 31-də saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 31 yaşlı Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb. Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR