Bakıda qadını şantaj edərək 7 min dollar tələb edən şəxs tutulub

Bakıda qadını şantaj edərək 7 min dollar tələb edən şəxs tutulub
# 08 noyabr 2021 12:34 (UTC +04:00)

Bakı sakini olan qadın şantaj olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadından videosunu yayacağı ilə hədələyərək 7000 ABŞ dolları tələb edən Lənkəran rayon sakini T.İbadzadə həmin pulu alarkən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR