Bakıda "Qanlı göl" ətrafında insan sümükləri tapılıb - FOTO - VİDEO

Bakıda "Qanlı göl" ətrafında insan sümükləri tapılıb - FOTO  - VİDEO
# 15 sentyabr 2021 23:10 (UTC +04:00)

Bakının Yasamal rayonunda 3 ədəd insan skeleti aşkar olunub.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Qanlı göl”ün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələri aşkar edilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə məhkəmə-tibb ekspertiza təyin edilib.
Faktla bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR