Bakıda qapaqsız quyu yol qəzasına səbəb olub - FOTO - VİDEO

Bakıda qapaqsız quyu yol qəzasına səbəb olub - FOTO  - VİDEO
# 27 sentyabr 2021 06:15 (UTC +04:00)

Bakının Binəqədi rayonunda avtoqəza baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Rəşid İsmayılov küçəsində paytaxt sakini Əhməd Ağaverdi oğlu Əhmədov idarə etdiyi "Ford" markalı avtomobillə Biləcəri dairəsindən köməkçi yolla Xırdalan istiqamətində hərəkətdə olan zaman yolda açıq vəziyyətdə olan kanalizasiya quyusunun üzərindən keçib. Nəticədə avtomobil qəzaya uğrayaraq təxminən 50 metr qarşıda yol kənarındakı səkiyə dəyərək dayanıb. Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib. Qəza yerinə çağırılan təcili tibbi yardım briqadası sürücüyə ambulator yardım göstərib.

Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR