Bakıda qardaş bacısına üç bıçaq zərbəsi vurub

Bakıda qardaş bacısına üç bıçaq zərbəsi vurub
# 17 iyun 2021 22:26 (UTC +04:00)

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əkbərli Elnurə Səbri qızı küçədə qardaşının hücumuna məruz qalıb. Qardaşı onun üz, qol və qarın nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR