Bakıda qardaş bacısını bıçaqlayıb

Bakıda qardaş bacısını bıçaqlayıb
# 14 iyun 2021 00:46 (UTC +04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Çələbiyeva İradə Nazim qızı yaşadığı evdə qardaşı ilə mübahisə zamanı bıçaqlanıb. Onun bədən, qarın, çiyin və qol nahiyyələrinə ümumilikdə 10 bıçaq zərbəsi vurulub.
Yaralı xəstəxanaya çatdırılıb.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR