Bakıda qardaşını öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qardaşını öldürən şəxsin məhkəməsi başlayır
# 27 may 2021 16:26 (UTC +04:00)

Bakıda qardaşını öldürən şəxsin məhkəməsi başlayır.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 14 oktyabr 2020-ci il tarixdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində Mirvaqif Məmmədzadənin bıçaqlanraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq Binəqədi rayon prokurorluğunda istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Mirvaqif Məmmədzadəni nənəsinin gözləri qarşısında qəsdən öldürüb.
Mirhəbib Məmmədzadə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR