Bakıda qəza baş verib, ölən və yaralanan var

Bakıda qəza baş verib, ölən və yaralanan var
# 09 iyul 2021 23:23 (UTC +04:00)

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil “Mercedes”lə toqquşub. Qəza nəticəsində “VAZ 2107”-də olan 2002-ci il təvəllüdlü Məmmədov Eşqin Vüqar oğlu ağır xəsarət alıb.

Avtomobilin digər sərnişini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Qurban Saqif oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR