Bakıda “Range Rover” piyadanı vuraraq ərazidən uzaqlaşıb

Bakıda “Range Rover” piyadanı vuraraq ərazidən uzaqlaşıb
# 14 iyun 2021 03:14 (UTC +04:00)

Bakının Səbail rayonunda piyadanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Musayev Müşviq Azad oğlu avtomobilinə minərkən onu “Range Rover” markalı maşın vurub. Piyadanı vurduğunu görən sürücü hadisə yerindən uzaqlaşıb. Yaralı xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR