Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
# 30 iyul 2021 15:00 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səbail rayonu Yeni Salyan yolunda N.Qasımov idarə etdiyi 125 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Təranə Zamanovanı vurub. Qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR