Bakıda tanınmış klubda mühafizəçi müştərini döyərək öldürüb

Bakıda tanınmış klubda mühafizəçi müştərini döyərək öldürüb
# 30 avqust 2021 03:05 (UTC +04:00)

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb.

Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR