Bakıda təkər tullantıları toplanan ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda təkər tullantıları toplanan ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
# 30 noyabr 2021 23:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində təkər tullantıları toplanan 400 m² açıq ərazidə baş verən yanğın qısa müddətdə söndürülüb.

FHN-dən APA-ya verilən məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

***

22:26

Bakıda Zığ qəsəbəsinə gedən yolun kənarında - təkər tullantıları toplanan ərazidə yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi işlərinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR