Bakıda təmir sexində "Mercedes" markalı mikroavtobus yanıb

Bakıda təmir sexində "Mercedes" markalı mikroavtobus yanıb
# 11 iyul 2021 09:49 (UTC +04:00)

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 500 m² olan bir dam altında tikilən 7 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları 18 m² sahədə və içərisində təmirə dayanan ”Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR