Bakıda top mərmisi tapılıb - FOTO

Bakıda top mərmisi tapılıb

© APA | Bakıda top mərmisi tapılıb

# 01 oktyabr 2021 18:16 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniklər qrupu cəlb edilib.
İlk növbədə, XRXX-nin əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birlikdə ərazidəki insanları təhlükəsiz məsafəyə uzaqlaşdırıb və kənar şəxslərin əraziyə girişini məhdudlaşdırıb. Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd 76 millimetrlik top mərmisinin döyüş tətbiqinə yararsız gövdəsi aşkar olunaraq ərazidən götürülüb.
Hadisə yerinə və yaxın əraziyə təkrar baxış zamanı hər hansı başqa şübhəli və ya təhlükəli əşya aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR