Bakıda toy korteji qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

Bakıda toy korteji qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
# 21 iyul 2021 19:29 (UTC +04:00)

Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Toy kortejində yüksək sürətlə hərəkətdə olan “Khazar” markalı avtomobil həmin kortejdə gedən “Ford”a çırpılıb.

Qəza nəticəsində biri qadın və biri kişi olmaqla, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR