Bakıda “VAZ”, Hacıqabulda isə “QAZ” markalı minik avtomobili yanıb 

Bakıda “VAZ”, Hacıqabulda isə “QAZ” markalı minik avtomobili yanıb 
# 01 dekabr 2021 02:16 (UTC +04:00)

Bakının Binəqədi rayonunda “VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hacıqabul rayonunun İkinci Meyniman kəndində isə “QAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR