Bakıda yanğınsöndürən maşın qəzaya düşüb, xəsarət alanlar var

Bakıda yanğınsöndürən maşın qəzaya düşüb, xəsarət alanlar var
# 25 may 2021 16:29 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşını qəzaya düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, hadisə bu gün günorta saatlarında yanğınsöndürən maşın çağırışa gedərkən Binəqədi rayonu ərazisində baş verib.

Qəza nəticəsində Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə əməkdaşı xəsarət alıb.

Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib, qalanları ambulator yardım göstərilərək evə buraxılıb.

Qeyd edək ki, yanğınsöndürən maşın “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR