Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər xilas edilib, 10 nəfər təxliyə olunub

Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər xilas edilib, 10 nəfər təxliyə olunub
# 03 dekabr 2021 16:45 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 58 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə və qismən taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 1 nəfər xilas və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR