Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 27 noyabr 2021 18:31 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, A.Zeynallı küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR