Bakıda yaşayış yerini tərk edən üç COVID-19 xəstəsi saxlanılıb - VİDEO

Bakıda yaşayış yerini tərk edən üç COVID-19 xəstəsi saxlanılıb - VİDEO

© APA | Bakıda yaşayış yerini tərk edən üç COVID-19 xəstələri saxlanılıb

# 13 sentyabr 2021 17:23 (UTC +04:00)

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə profilaktik tədbir keçirilən zaman üç nəfər koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma aparılan zaman onların aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakinləri G.Alidarova, Vasif Bayramlı, Ramiz Əhmədov olduqları müəyyən edilib. Onların analizlərinin cavablarının pozitiv çıxmasına və evdə müalicəyə cəlb olunmalarına baxmayaraq bu tələblərə məhəl qoymayıb yaşadıqları ünvanları tərk ediblər. Həmin şəxslər aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiriliblər.

Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR