Bakıda yük maşını avtobusa çırpılıb, 5 nəfər ölüb, 13 nəfər yaralanıb - YENİLƏNİB-2 - VİDEO

Bakıda yük maşını avtobusa çırpılıb

© APA | Bakıda yük maşını avtobusa çırpılıb

Foto al #
# 13 oktyabr 2021 11:05 (UTC +04:00)

Video əlavə olunub.

***

09.11

Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

Bunu APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub: "Hazıra 13 nəfərin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib, yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub, bu səbəbdən maşın avtobusa çırpılıb".

A. Əsgərli deyib ki, yolda hazırda sıxlıq müşahidə olunur: "Yol polisi əməkdaşları ərazidə nizamlayıcı qismində çıxış edərək, avtomobillərin hərəkətini tənzimləyirlər".

***

09:02

Aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində saat 09:00-a olan məlumata əsasən, 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8 nəfər KTM, 13 nəfər 3 saylı KŞX-ya) çatdırılıb.

APA xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur.

Bu barədə ətraflı məlumat veriləcək.

***

08:09

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində, saat 08:00 olan məlumata əsasən, 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7 nəfər KTM, 13 nəfər 3 saylı KŞX-yə) çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR