Bakıda zəncirvari qəza olub

Bakıda zəncirvari qəza olub
# 24 iyul 2021 12:38 (UTC +04:00)

Bakıda zəncirvari qəza olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ”Shacman” markalı yük ,”Nissan” və "Mercedes" markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR