Bakıda zəncirvari yol qəzası baş verib - FOTO - VİDEO

Bakıda zəncirvari yol qəzası baş verib - FOTO  - VİDEO
# 06 sentyabr 2021 23:17 (UTC +04:00)

Bakının Yasamal rayonunda avtoqəza qeydə alınıb.

APA xəbər verir ki, hadisə Mətbuat prospektində baş verib.

"Hyundai" markalı avtomobilin sürücüsü sola dönərkən qəfil əyləcdən istifadə edib. Bu zaman yüksək sürətlə hərəkətdə olan "Kia" markalı minik maşını "Hyundai"la toqquşub. Digər eyni markalı avtomobil isə "Kia" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR