Bakıda zirzəmidən qadın meyiti tapılıb - FOTO

Bakıda zirzəmidən meyiti tapılan qadın

© APA | Bakıda zirzəmidən meyiti tapılan qadın

# 04 oktyabr 2021 12:35 (UTC +04:00)

Səbail rayonunda naməlum qadın meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun B.Sərdərov küçəsi, ev 8 ünvanının zirzəmisində tüfeyli həyat tərzi sürən naməlum şəxsin (qadın) meyiti aşkar edilib. İlkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayıb. Həmin şəxsin meyiti aşkar edilməzdən əvvəl şəhərin müxtəlif yerlərində müşahidə kameraları ilə görüntüləri də qeydə alınıb.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan nazirliyin “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 492-02-02, (012-492-53-69), (012-437-02-02) telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR