Bakının mərkəzində ağac naməlum səbəbdən alışıb - VİDEO

Bakının mərkəzində ağac yanıb

© APA | Bakının mərkəzində ağac yanıb

# 19 may 2021 11:13 (UTC +04:00)

Bakının mərkəzi küçəsində ağac naməlum səbəbdən yanıb.

APA xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Yusif Səfərov küçəsində yolun kənarındakı ağaclardan biri anidən alovlanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Onların səyi nəticəsində alov söndürülüb, ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.

Yanğının nədən baş verdiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR