Balakəndə 3 tona yaxın çətənə kolu məhv edilib

#

© APA | Balakən, çətənə kolu

# 10:42
9 iyun 2021

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub .
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 tona yaxın olan 4800 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR