Balakəndə avtomobil piyadanı vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

Balakəndə avtomobil piyadanı vuraraq öldürüb - VİDEO  - YENİLƏNİB
# 06 iyul 2021 10:13 (UTC +04:00)

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Sarıbulaq kəndində baş verib. Salyan rayon sakini S.Abbasov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Tülü kənd sakini Ə.Puçaxovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə. Puçaxov Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Ə. Puçaxov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR