Balakəndə ev yanıb

Balakəndə ev yanıb
# 22 avqust 2021 18:41 (UTC +04:00)

Balakən rayonunun Mahamalar kəndində ümumi sahəsi 135 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR