Balakəndə evlərdən 27 min manatlıq oğurluq edən kişi və qadın tutulub - YENİLƏNİB

Elman İbrahimov, Leyla Qardaşova

© APA | Elman İbrahimov, Leyla Qardaşova

# 03 noyabr 2021 13:55 (UTC +04:00)

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, şəhər ərazisində yerləşən evlərin birindən 1000 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub. Daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı cinayət əməlini törədən Şuşa rayon sakini Elman İbrahimov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun daha 2 evdən də ümumilikdə 7 min manat dəyərində qızıl-zinət əşyaları, 5 min manat pul və 6400 ABŞ dolları oğurladığı müəyyən edilib. E.İbrahimovun oğurladığı qızıl-zinət əşyalarının bir qismi onun qeyri-rəsmi münasibətdə yaşadığı Leyla Qardaşovanın evindən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.
Araşdırma zamanı məlum olub ki, törədilən ikinci cinayətdə E.İbrahimov və L.Qardaşova əvvəlcədən əlbir olublar. Belə ki, xəstəxanada çalışan Leyla orada işləyən həkimin növbədə olmasını Elmana xəbər etdikdən sonra sonuncu onun yaşadığı evə qanunsuz olaraq daxil olub, pul və qızılları götürərək oradan uzaqlaşıb. Oğurladığı qızıllların bir hissəsini Bakı şəhərində satan E.İbrahimov əldə etdiyi pulu qadınla öz arasında bölüb. L.Qardaşova isə E.İbrahimovun ona verdiyi pulla özünə qızıl-zinət əşyaları alıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.

***

12.39

Baş Cinayət Axtarışı İdarəsi və Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 22-də Balakən rayonundakı evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini E.İbrahimov müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 2 evdən 6400 ABŞ dolları və 7000 manat pul, 4500 manat dəyərində qızıl və gümüş əşyaları oğurlaması da müəyyən edilib.
Polis əməkdaşları tərəfindən maddi sübutların bir qismi onun tanışı olan Balakən sakini L.Qardaşovanın evindən aşkar edilərək götürülən və o da saxlanılıb.

Sail Ağasəlim

Vüqar Heydərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR