Balakən rayonunun Qazma kəndində, kənd sakini Adil Nurəddin oğlu Məmmədova məxsus, ümumi sahəsi 320 kv/m olan, ikimərtəbəli yeddi otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin ikinci mərtəbəsində olan dörd otağın yanar konsrtuksiyaları, ev əşyaları və evin dam örtüyü tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Balakəndə fərdi yaşayış evi yanıb
13 iyul 2021 20:54 (UTC +04:00)
Hadisə
Yasamalda idman zalının kassasından 12 min manat oğurlanıb - VİDEO
16:47
23 aprel 2024
Sumqayıtda yaşayış binasında yanğın olub
15:54
23 aprel 2024
Bərdədə 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
15:50
23 aprel 2024
Tovuzda şirkət 20 min, vəzifəli şəxs 3 500 manat cərimələnib
15:41
23 aprel 2024