Balakəndə fərdi yaşayış evi yanıb 

Balakəndə fərdi yaşayış evi yanıb 
# 20 noyabr 2021 08:19 (UTC +04:00)

Hadisə ötən axşam rayonun Qazbinə kəndində baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Şaban Osman oğlu Abdullayevə məxsus, ümumi sahəsi 120 kv/m olan 3 otaqdan ibarət evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR