Balakəndə koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb - VİDEO

Nigar Qandayeva

© APA | Nigar Qandayeva

# 08 dekabr 2021 06:56 (UTC +04:00)

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Qazma kənd sakini Nigar Qandayeva COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən kənd ərazisində hərəkətdə olarkən aşkarlanan qadın tibbi prosedurlar gözlənilməklə evinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığına təhlükə yaradan N.Qandayeva barəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR