Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Sədrəddin Dibirov

© APA | Sədrəddin Dibirov

# 17 noyabr 2021 10:29 (UTC +04:00)

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini Sədrəddin Dibirovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs özlərinə məxsus emalatxanada oradakı işçilərin və müştərilərin yanında aşkarlanıb, izahedici söhbətlər aparıldıqdan sonra yaşadığı ünvana geri qaytarılıb.

S.Dibirov barəsində Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR