Baş prokuror: “Ermənistana və onun konkret vəzifəli şəxslərinə qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq”

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 01 sentyabr 2021 13:56 (UTC +04:00)

“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı materiallar hazırlanıb, bütün faktlar sənədləşdirilib”.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı işlər davam edir: “Bu cinayətlər bəşəriyyət, insanlıq əleyhinə olan cinayətlərdir. Ermənistan eyni zamanda Azərbaycanın təbiətinə, ekologiyasına ziyan vurması, o cümlədən mədəniyyət abidələrinin dağıdılması ilə bağlı bütün cinayətlər üzrə bizim istintaq hərəkətlərimiz bütün aidiyyəti dövlət qurumları ilə birlikdə davam edir. Ölkə Prezidenti İlham Əliyevin tapşırığı və göstərişi əsasında bu sahədə işlər davam etdirilir. Materiallar hazırlanıb, bütün faktlar sənədləşdirilib. Hazırda aidiyyəti qurumlarla, o cümlədən Xarici İşlər Nazirliyi ilə müvafiq məsləhətləşmələr aparılır. Bu istiqamətdə Ermənistan dövlətinə və onun konkret vəzifəli şəxslərinə qarşı beynəlxalq məhkəmələrdə iddiaların qaldırılması təmin ediləcək. Bu sahədə də türkiyəli həmkarlarımızla əməkdaşlıq edirik, fikir mübadiləsi aparırıq. Hesab edirəm ki, birgə əməkdaşlığımız kifayət qədər səmərəli olacaq”.

Sevil Ünal

Firuzə Vahid

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR